• 23 Noyabr 2024 06:25

“Başımızı dik tutmalıyıq” – Regekampf

.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 3-cü təsnifat mərhələsində  “Rapid”ə ( Avstriya) 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransı keçirib. Tacxeber.az  Qol.az  istinadən xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

–  Mənim üçün indi danışmaq çox çətindir. Planlaşdırdığımız şeyləri edə bilmədik, şanslardan yararlanmadıq. Qapımızdan çox asan iki qol buraxdıq.

– Belə görünür ki, “Rapid”ə taktikada uduzmadınız. Bəs məğlubiyyətə nə səbəb oldu? Futbolçular verilən tapşırığı yerinə yetirə bilmədilər?

– Başımızı dik tutmalıyıq. Birlikdə qalib gəlib, birlikdə uduzuruq. Bu futboldur. Böyük şanslardan yararlanmayanda məğlubiyyətə layiq olursan. Bizdəki şanslar onlarda olmadı. Hesab 0:0 olarkən futbolçumuz qapıçı ilə təkbətəki qaçırdı. “Rapid” 1:0 öndə olanda da şansımız oldu. Əvəzində asanlıqla qollar buraxdıq.

– 90 dəqiqə ərzində dəyişiklik etməmiyinizin səbəbi nə idi?

– Planımızda əlavə vaxt yox idi. Əlbəttə ki, dəyişiklik etmək üçün oyunçularmız var. Sadəcə olaraq bəzilərinin bu səviyyədə oynamaq üçün təcrübəsi azdır. Təəssüf ki, Azəri çox tez itirdik və məcburi dəyişiklik etdik. Bu səviyyədə oyunlarda təkbətək epizodları dəyərləndirməyib, belə asan qollar buraxırsansa, növbəti mərhələyə layiq deyilsən.

– Sanki rəqibin 12-ci oyunçusu baş hakim idi. Buna şərhiniz maraqlıdır…

– Hakimlər haqda danışmaq mənim işim deyil. Mənim heç bir problemim yoxdur, hamı matçı görüb. Siz də analiz edə bilirsiniz. Çoxlu epizodlar var idi ki, rəqib oyunçulara sarı vərəqə göstərilməli idi, verilmədi. Referi matçın ipini əlindən buraxmışdı. Amma biz bu gün hakimliyə görə uduzmadıq.

 

Oxşar xəbərlər