• 24 Noyabr 2024 00:56

Kolbasa yoxsa kosmosa aid şəkil ?

Yaxşı ki, bizim Elmlər Akadamiyasından bunu görən olmayıb. Lakin bu xəbərdən də istifadə edib fərqli məlumat yaya bilərlər. Yenə də özləri bilər…

 

Deməli, fransız professor Etienne Klein məşhur Ceyms Vebb (James Webb) kosmik teleskopundan (JWST) görüntü deyərək paylaşdığının kolbasa şəkli olduğu məlum olub.

 

NASAnın (National Aeronautics and Space Administration) kosmosa göndərdiyi və iyul ayından etibarən görüntülər əldə etməyə başladığı James Webb teleskopu bu dəfə fransız elm adamının yalanına alət olub. Belə ki, filosof və fizik olan Etienne Klein 31 iyulda sosial şəbəkə vasitəsilə Günəşə ən yaxın ulduz Proxima Centauri ulduzunun James Webb teleskopu tərəfindən əldə edildiyini iddia etdiyi bir şəkil paylaşıb.

 

Klein həmin statusunda “Bizə 4,2 işıq ili uzaqlıqda olan Günəşə ən yaxın ulduz olan Proxima Centaurinin şəkli” deyərək paylaşıb. Lakin həmin şəklin İspaniya mətbəxinin chorizo adlandırılan donuz ətindən hazırlanan kolbasaya aid olduğu məlum olub.

 

Daha sonra professor bu şəkillə zarafat etmək istədiyini deyib. Sosial şəbəkələrdə yalan xəbərə diqqəti cəlb etmək üçün bu cür status yazdığını deyərək onu izləyənlərdən üzr istəyib.

Elşad Miri

Tacxeber.az

 

 

 

 

 

Oxşar xəbərlər