• 23 Noyabr 2024 16:48

Rafiq Hüseynov qızıl, Ülvi Qənizadə gümüş medal qazandı

Azərbaycanın güləşçiləri Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) finalda qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ülvi Qənizadə (72 kq) isə gümüş medalın sahibi olub. O, finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər