• 23 Noyabr 2024 18:41

Meral Akşeneri it dişlədi

Seçki kampaniyasını davam etdirən İYİ Partiya sədri Meral Akşenerin Yalovaya səfəri zamanı xoşagəlməz hadisə yaşanıb.

 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Akşenerin karvanında olan avtomobil sahibsiz iti vurub. Yaralı it avtomobilindən düşərək vəziyyətə müdaxilə etmək istəyən Akşenerin əlini dişləyib.

 

İYİ Partiya lideri ehtiyat tədbiri olaraq quduzluğa qarşı peyvənd olunub. Baytara aparılan iti xilas etmək mümkün olmayıb.

Tacxeber.az

Oxşar xəbərlər