• 25 Noyabr 2024 09:45

Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu – Video+Yenilənib

Hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 75 yaşlı yazıçının “Chautauqua” İnstitutundakı mühazirəsindən əvvəl baş verib. Belə ki, zaldakı şəxslərin biri səhnəyə çıxaraq Rüşdi və ondan müsahibə götürən müxbirə hücum edib.

Şübhəli yazıçıya 10-15 bıçaq zərbəsi endirib.

“Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, – ştat polisi bildirib.

Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir.

***

Hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O danışa bilmir, qaraciyəri zədələnib. Rüşdi gözünü itirə bilər.

***

Hüquq-mühafizə orqanları yazıçı Salman Rüşdiyə hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. O, Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matardır.

Tacxeber.az

Oxşar xəbərlər