• 27 İyul 2024 08:11

Ukraynadan daha 2 taxıl gəmisi yola düşdü

Taxıl gəmilərinin Qara dəniz üzərindən daşınması davam edir. Bu gün Ukraynadan daha 2 taxıl daşıyan gəmi yola düşüb.

Tacxeber.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

“Taxıl anlaşması çərçivəsində İsgəndəruna 12 min ton qarğıdalı daşıyan Barbados bayraqlı “Fulmar S” və Təkirdağa 3 min ton günəbaxan toxumu daşıyan Marşall adaları bayraqlı “Thoe” gəmisi Çernomorsk limanından yola düşüb”, – məlumatda bildirilib.

Həmçinin açıqlamada vurğulanıb ki, bu gün daha bir gəmi Ukraynaya taxıl almaq üçün hərəkət edəcək.

Oxşar xəbərlər