• 04 Oktyabr 2024 21:39

Ermənilər Laçından Xankəndinə nələri aparır?

Ermənilər Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarkən  “mədəni irsi” də özləriylə aparırlar.

 

Tacxeber.az xəbər verir ki, bunu separatçı rejimin “təhsil, elm, mədəniyyət və idman nazirinin müavini” Lernik Hovhannisyan bildirib.

 

“Kitab fondu – kitabxanalar, eləcə də muzey eksponatları da çıxarılmalıdır. Hazırda Laçın şəhər kitabxanasının kitab fondu, Laçın-Zabux yolunda yerləşən monumental sənət abidələri, xaçkarlar, o cümlədən abidələr (söhbətin hansı abidələrdən getdiyi məlum deyil-red.) çıxarılıb. İşlər davam edir, çox güman ki, gələn həftə yekunlaşacaq”, – Hovhannisyan bildirib.

 

Onun sözlərinə görə, abidələr və xaçkarlar Xankəndinə çatdırılıb: “Artıq Erməni Apostol Kilsəsinin “Qarabağ yeparxiyası” ilə razılaşma var ki, bir hissəsi Xankəndidəki kilsəsinin yaxınlığında yaradılan parkda yerləşəcək”.

 

O, “Onların “Qarabağ  Dövlət Universiteti”nin binasının parkında yerləşdirilməsi təklifi var, başqa təkliflər var, hər şey müzakirə olunur”, – deyib.

 

Xatırladaq ki, Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 25-dək Azərbaycan tərəfinə təhvil veriləcək.

 

Xatırladaq ki, Laçın rayonun ərazisində Azərbaycan türklərinə məxsus 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr var. Rayonda çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir.

 

Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

 

Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olub. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.

 

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılıb.

Cebhe.info

Tacxeber.az

Oxşar xəbərlər