• 01 İyun 2025 10:57

İrəvanda ticarət mərkəzində partlayış: yaralılar var – Video

 İrəvanda ticarət mərkəzində partlayış: yaralılar var – Video
Paylaş

İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

Tacxeber.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 6 yanğın-xilasetmə bölməsi və təcili tibbi yardım maşınları göndərilib.

Nazirlik çoxlu sayda yaralının olduğunu bildirib.

Erməni Teleqram kanallarının yaydığı məlumata görə, partlayış pirotexniki avadanlıqların yanması nəticəsində baş verib.

Tacxeber.az

Oxşar xəbərlər