• 27 İyul 2024 04:50

Küveyt 6 ildən sonra İrana səfir təyin etdi

Küveyt altı ildən sonra İrana səfir təyin edib.

Səfir Bader Abdullah Tehranda etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana təqdim edib.

Bu addım Səudiyyə Ərəbistanının İranla münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.

Qeyd edək ki, 2016-ci ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsindən sonra Küveyt Tehrandakı səfirini geri çağırıb.

Tacxeber.az

Oxşar xəbərlər