Millət vəkilinin adından paylaşılan “sitat”… – Cavab
Milli Məclisin deputatı Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara cavab verib.
Bakupost.az xəbər verir ki, deputat bununla bağlı rəsmi Feysbuk səhifəsində paylaşım edib:
“Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!”
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından “Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram” sitatı paylaşılıb. Həmin sitat sosial şəbəkədə müzakirələrə səbəb olub.