• 27 İyul 2024 03:50

Türkiyədə 11 nəfər kanyondan çıxa bilmədi

Türkiyənin Kastamonu vilayətində keçirilən 5-ci Kanyon və Təbiət İdmanları Festivalına qatılan 11 nəfər dünyanın ən dərin kanyonlarından biri olan Valla kanyonundan çıxa bilməyib.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Jandarma qüvvələrinə aid xilasetmə helikopteri əraziyə çatıb və xilasetmə işlərinə başlanılıb. Valla Kanyonunda çarəsiz qalan 10 nəfər xilas edilib. Helikopterdə yer olmadığından jandarma personalı ilə birlikdə qalan 1 nəfərin təxliyəsi səhər saatlarında həyata keçiriləcək”, – məlumatda bildirilib.

Tacxeber.az

Oxşar xəbərlər