Türkiyədə güclü zəlzələ baş verdi
Tacxeber.az xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar İzmirin Menderes rayonunda 5 bal gücündə hiss edilib.
Zəlzələ Yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Kuşadası körfəzi sahilində yerləşən şəhərdə böyük ölçüdə hiss edilən zəlzələnin fəsadları barədə məlumat verilməyib.