• 22 Noyabr 2024 18:52

“Araz Əlizadə özünü Rusiyaya göstərmək üçün hər şeyini verər”

“Heç bir zaman Azərbaycan xalqı rus dilinə meylli olmayıb. Özlərini rusun köləsi hesab edənlər bu fikrə daha çox yuvarlanır”.

Bunu Yenisabah.az-a açıqlamasıda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin söylədiyi fikirləri birmənalı olaraq qarşılamayıb. Xatırladaq ki, Araz Əlizadə “rus dilinə qadağa qoysaq, çevrilib Ukrayna olacağıq” deyib.

Hafiz Hacıyev bildirib ki, bu, çox yanlış və gülüş doğuran fikirdir: “Azərbaycanda etnik qruplar hakimiyyət daxilində çoxluq təşkil edir. Onlar özlərini Rusiyaya göstərməkdən ötrü hər şeylərini ruslara verər. Bu cür məsələlərdə hər zaman Araz Əlizadə öndə olub.

Araz Əlizadənin fikirləri yanlışdır. Ona bu cür məsələlərdə ehtiyatlı olmasını tövsiyə edərdim. Belə bir hadisə heç bir zaman baş verə bilməz.

Ruslar Azərbaycan dilini bilirmi? Adicə “sabahın xeyir” sözünü bilirlərmi? Nə qədər unutqan olmaq lazımdır ki, 20 Yanvar hadisələrini unudasan. “Xocalı” hadisəsini törədənlər, Qarabağda nə hoqqalardan çıxanlar ruslar deyilmi?

Fikrimcə rus dili ümumiyyətlə Azərbaycanda yığışdırılmalıdır. Öz dilimizə, millətimizə hörmət etməliyik. Kimsə Rusiyanın adamıdır deyə o demək deyil ki, Azərbaycan dilimizi hərraca çıxarsın, rus dilini ana dili etsin.

Ukrayna məsələsinə gəldikdə isə Rusiya heç bir zaman bu cəsarəti özündə tapıb Azərbaycana hücum edə bilməz. Azərbaycan güclü bir dövlətdir və bu gücün arxasında dərin siyasi bilik və bacarıqları olan cənab İlham Əliyev var. O, nə zaman hansı addımın atılmalı olduğunu çox gözəl bilir”.

Nəsimi Ələsgərli

Tacxeber.az

Oxşar xəbərlər