• 26 Dekabr 2024 15:02

Azərbaycanda yumurta qiymətində ARTIM

Azərbaycanda yumurtanın qiyməti qalxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Sputnik Azərbaycan”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yemin qiyməti və tələbatın artması ilə əlaqədardır:

“Bu gün yumurtanın bir qutusu 50-52 manata satılır. Payızda onun maya dəyəri 54-55 manata qədər qalxa bilər və qiymət artımı orada dayanacaq”.

“Azərbaycanda yumurta istehsalı daxili tələbatın 130 faizini ödəyir. Bu baxımdan məhsullar Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunur.

Artıq yumurtanın Rusiyaya ixracı ilə bağlı razılıq əldə olunub, sənədləşmə işləri aparılır” – deyə Mürvət Həsənli qeyd edib.

Qeyd edək ki, hazırda ölkə bazarlarında ağ yumurta 13-15 qəpiyə (əvvəllər 10-11 qəpiyə), sarı yumurta isə 20 qəpiyə (əvvəllər 16 qəpiyə) satılır.

Oxşar xəbərlər