• 23 Noyabr 2024 00:28

COVİD-19-a yoluxma artır, 4-cü doz vaksin TƏLƏBİ – Ekspertdən Operativ Qərargaha SƏSLƏNİŞ

Son zamanlar, Azərbaycanda COVİD-19-a yoluxma sayı müəyyən qədər artmağa başlayıb.

Belə vəziyyətdə bir çoxları iddia edir ki, dördüncü doza vaksinin də vurulmasına ehtiyac yarana bilər. Halbuki, üçüncü doza vaksin vurulandan sonra növbətiyə ehtiyac olmayacağını söyləmişdilər.

Payıza doğru yoluxma sayı artsa, dördüncü doza vaksinin vurdurulması gündəmə gələ bilərmi?

Məsələ barədə Bizim.Media-ya açıqlama verən tibb elmləri namizədi Aydın Əliyev bildirir ki, dördüncü doza vaksin məsələsi yalnız könüllü olmalıdır:

“Operativ Qərargah və müvafiq qərarı verənlərə təklifim də budur. Dördüncü doza peyvənd məcburi olmamalı və ona görə pasport-falan tələb edilməməlidir.

Bu yolverilməzdir. Habelə, karantin qaydalarını sərtləşdirmək, ona əməl etməyənləri cərimələmək və məcburi maska yolverilməzdir”.

Həkim hesab edir ki, artıq COVİD-19 təhlükəsi sovuşub:

“Payıza və ya qışa doğru getsək də fərqi yoxdur, COVİD-19-la bağlı ciddi problem daha olmayacaq. Elmi qanunauyğunluq var. Virus mutasiyaya uğradıqda artıq onun ölüdürücülük qabiliyyəti sıfırlanır, ağır xəstəlik törətmə qabiliyyəti də aşağı düşür. Yəni artıq adi qripə çevrilir. Ona görə də artıq onun heç bir təhlükəsi yoxdur. Yoluxma sayı 10 minə çatsa belə, onun qorxusu yoxdur”.
Həkim Operativ Qərargaha müraciət edərək, virusa tutulanlarla bağlı rəqəmlərlə açıqlama verməyi dayandırmağı da təklif edib:

“Bu rəqəmləri göstərib insanları panikaya salmaq lazım deyil artıq. COVİD-19 artıq tarixdir”.

Tacxeber.az

Oxşar xəbərlər