• 11 Dekabr 2024 00:58

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində iştirak edir

Rusiyanın paytaxtı Moskvada təşkil edilən “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində səkkizinci “Tank biatlonu” müsabiqəsi keçirilir.

Tacxeber.azın Report-a istinadən məlumatına görə, müsabiqədə 22 ölkə iştirak edir.

Birinci divizionun tank heyətinin fərdi yarışında Azərbaycan Monqolustan tankçıları ilə yarışa qatılıb.

Birinci divizionda Azərbaycan, Belarus, Venesuela, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Monqolustan, Rusiya və Özbəkistan komandaları yer alıb.

Bütün iştirakçıların yarışlarının nəticələrinə əsasən birinci divizionun yarımfinalçıları müəyyənləşəcək.

Azərbaycan hərbçiləri həmçinin “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində müsabiqə iştirakçılarının sərgisində də fəxri qonaq qismində iştirak edirlər.

Polkovnik Həbib Məmmədov bildirib ki, Azərbaycan müsabiqədə xüsusi stend təqdim edib: “Stendə çoxlu sayda qonaqlar yaxınlaşır. Biz onlara Azərbaycan barədə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti haqqında danışırıq. Üstəlik, stendimizin qonaqlarına simvolik hədiyyələr verilir”.

Xatırladaq ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarında 37 ölkə iştirak edir. Bu yarış avqustun 27-dək davam edəcək.

Tacxeber.az

Oxşar xəbərlər