İrəvandakı partlayışda İran və Rusiya vətəndaşları itkin düşdü
İrəvandakı partlayışda İran və Rusiya vətəndaşları itkin düşdü
İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayış zamanı itkin düşənlərdən biri İran vətəndaşıdır.
Tacxeber.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, itkin düşən şəxsin adı Mehri Təhriridir.
Qeyd edək ki, dünən İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 61 nəfər isə yaralanıb. 15 nəfər isə itkin düşüb.
***
İrəvanda “Surmalı” ticarət mərkəzindəki partlayışda daha 3 İran vətəndaşı itkin düşüb.
Onların Vanyan Saki, Edras Saki və Kiuma Saki olduğu bildirilir.
İtkin düşənlər arasında Rusiya vətəndaşı 1959-cu il təvəllüdlü Lyuba Qlebova da var.
Son məlumata görə, ümumilikdə 17 nəfər itkin düşmüş sayılır.