• 23 Noyabr 2024 00:23

İsrail Suriyanın Tartus limanını vurdu

İsrail Suriyanın Tartus vilayəti yaxınlığındakı hədəflərə hücum edib.

Tacxeber.az  xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi məlumat yayıb.

Agentlik dəniz limanının yerləşdiyi vilayətdə partlayış səsləri eşidildiyini bildirib.

Bildirilir ki, Suriya hava hücumundan müdafiə qüvvələri Livanla sərhədə yaxın Tartus və Qələmun üzərində təyyarələr aşkarlayıb. Dövlət mediası hücumun Livan ərazisi üzərindən İsrail təyyarələri tərəfindən həyata keçirildiyini qeyd edib.

İsrail ordusu Suriyaya zərbə ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

“Reuters” agentliyinə verdiyi məlumata görə, bu gün Ukraynadan yola düşən taxıl gəmisi Suriyanın Tartus limanına yaxınlaşıb.

Tacxeber.az

Oxşar xəbərlər