• 27 İyul 2024 10:55

“Bir az həyəcan varsa, demək ki, məsuliyyətdir”

Qurban Qurbanov:  “Çempionlar Liqasının qrupuna düşməyimiz üçün son sınağımızdır. Fərqli komandalara qarşı oynadıq. Bu komanda digərlərindən tam fərqlənir. Çexiya futbolunu hər zaman oyun intizamına görə digərlərindən fərqləndirmişəm. Oyunlarına baxırıq, sevə-sevə verilən tapşırıqları yerinə yetirirlər. Atletik futbol öndədir. Fiziki göstəriciləri üstün olan futbolçuları var. Hər bir halda biz bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla bu oyunda daha çox güc sərfəli etməli olacağıq. Futbolçularım həm Bakıda, həm də Plzendə çox dözümlü olmalıdılar. İnanıram ki, bunu bacaracaqlar. Çalışacağıq ki, son sınaqdan faydalı istifadə edək və azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirək. Hiss olunur ki, oyuna maraq çox böyükdür. Vəzifəmiz azarkeşlərimizin inamını qoruyub saxlamaqdır. Futbolçularımla birlikdə daha möhkəm kollektiv olmağa çalışırıq. İnanıram ki, azarkeşlərimizi razı sala biləcəyik.
Çempionlar Liqasında gərginlik, həyəcan digərlərindən çox olur. Azarkeşlər də istəyirlər ki, komandamız qrupda yer alsın. Bu da məsuliyyətimizi artırır. Belədə həyəcan da çox olur. Əvvəlki illərə nisbətən daha soyuqqanlı davranırıq və təcrübəmiz hiss olunur.
Bu il gərgin oyunlarımız çox oldu. İlk turdan Polşa, İsveçrə daha sonra Macarıstan çempionu ilə qarşılaşdıq. Bizə həmişə yuxarıdan aşağı baxıblar düşüncəsində olmaq istəmirəm. Ümumi illik hazırlığımız, planlarımız var. Amma mən həmişə futbolçularıma arxayın olmuşam. Onlara rəqibi tanıtdıqda, çox diqqət və istəklə bunu qarşılayırlar. Futbolçularımla birlikdə daha bərk, daha möhkəm olub, xarakter göstərərək “Viktoriya”ya qarşı yaxşı oyun göstərəcəyik.
Hiss edirəm ki, insanlar Çempionlar Liqasının qrupuna düşməyimiz üçün arzu və dua edirlər. Bu, mənə və futbolçularıma böyük məsuliyyət verir. Futbolçular da bilir. Hamımız gözləyirik. Bu, məni həyəcanlı və məsuliyyətli edir. Bir az həyəcan varsa, demək ki, məsuliyyətdir. Allah qoysa, inanıram ki, hamımız birlikdə sevinmək üçün hər şeyi edəcəyik. Allah qismət etsə, bunu əldə edəcəyik”.
Tacxeber.az

Oxşar xəbərlər