• 21 Dekabr 2024 18:24

“FTB mənim 3 pasportumu oğurladı” – Trampdan yeni iddia

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Floridadakı evinə basqınla bağlı yeni açıqlama verib. Tramp iddia edib ki, Federal Təhqiqat Bürosu (FTB) evində axtarış apararkən onun 3 pasportunu oğurlayıb.

Tacxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Donald Tramp bu haqda tviter hesabında paylaşım edib.

“Bu, ölkəmizdə siyasi rəqibə qarşı misli görünməmiş səviyyədə hücumdur. Üçüncü dünya ölkəsi”, – Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 9-da keçmiş prezidentin Florida ştatındakı evində axtarış zamanı bəziləri çox məxfi olan 20 qutudan çox əşya tapılıb.

http://Tacxeber.az

 

Oxşar xəbərlər