• 08 Oktyabr 2024 13:19

“Hansı məkanları təklif etdiniz ki, məmurlar da kabinetlərini əyləncəxanalara çevirməsin?” – Kulturoloq

“Bu məmləkətdə hamı bilir ki, dövlət və bələdiyyə, təhsil və tibb müəssisələrində adamlar nələr etmirlər: masajxana, sauna, hamam, hostel adı altında qeyri-leqal əyləncəxanalardakı dəhşətli faktlar – xəstəliklər, insan alveri, uşaqbazlıq, pedofilizm, fahişəlik və s. heç kimin vecinə də deyil. Məktəblərdəki intim videolar, müğənnilər və siyasətçilərin, jurnalistlərin biabırçı “klipləri”, siyasi və ictimai sektordakı biabırçılıqlar..”.

Tacxeber.az bildirir ki, bunu yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, 2014-cü ildəki videoların məqsədli yayımı ictimai-sosial düşüncəmizdə böhranların dərinləşdiyini sübut edir:

 

“Heç kim artıq belə şeylərdən sığortalanmır. Bu, bilərəkdən sosial şəbəkələri gözdən salıb, buradakı azadlıq mühitini boğmağa hesablanmış bir aksiyadır. Fikir verin, son zamanlar baş prokurordan tutmuş deputatlara qədər hamı “qadağan edilsin, tutulsun, sərtləşdirilsin, bağlansın, idarə edilsin” kimi reaksiyalar ortaya qoyur. Qorxuram ki, bu video-spamlar məhz Azərbaycanı dünyada biabır etmək istəyən bəzi dar düşüncəlilərin əlinə fürsət verəcək. Ölkədə yerli vətəndaşlara otellərdə gecələmək üçün nikah kağızı istəyirlər, bəs, işdənkənar münasibətlər üçün hansı məkanları təklif etdiniz ki, məmurlar da kabinetlərini əyləncəxanalara çevirməsinlər?!”.

Tacxeber.az

Oxşar xəbərlər