• 10 Dekabr 2024 21:44

“Lanqya” virusu ilə bağlı daha bir açıqlama: “Yoluxanların heç biri ölməsə də..”

 

“Lanqya” kimi tanınan virus Çinin şərq əyalətlərində onlarla insanda aşkarlanıb.

 

Tacxeber.az bildirir ki, hazırda virusun siçan kimi canlılar vasitəsilə insanlara keçmə ehtimalı araşdırılır. Bu araşdırmada iştirak edən professor Ju Fenq Britaniyanın “Mirror” qəzetinə xüsusi açıqlamalar verib. Virusa yoluxan bəzi xəstələrdə sətəlcəm kimi ağır simptomların olduğunu deyən Feng fikirlərini bu cür davam etdirib:

 

“Hamısının qızdırması var idi. Əksəriyyətində isə öskürək və ya yorğunluq müşahidə edilib. Bir neçəsində sətəlcəm və aşağı trombosit sayı kimi ciddi simptomlar da olub. “Lanqya”, “hendranipavirus” və ya “nipah” kimi ölümcül deyil. Çünki bu virusa yoluxanların heç biri ölməyib və ya reanimasiyaya yerləşdirilmələrinə ehtiyac olmayıb. Virusa yoluxan hamı sağalır”.

Sözügedən virusun çaxnaşma yaratmamalı olduğunu söyləyən Fenq, “Ciddi davam edən bir epidemiya olmadığı üçün panikaya ehtiyac yoxdur. Amma yenə də şəffaf və beynəlxalq əməkdaşlığa əsaslanan davamlı və aktiv genomik və seroloji nəzarətə ehtiyacımız var”, – deyə əlavə edib.

Tacxeber.az

Oxşar xəbərlər