Putinə arxalanıb qurduğumuz model çökdü
Almaniyanın Rusiyanın ucuz qiymətə satdığı qaza arxalanaraq yaratdığı biznes modeli artıq yoxdur.
Tacxeber.az xəbər verir ki, bu sözləri Almaniyanın vitse-kansleri, energetika naziri Robert Habek deyib.
“Almaniya beynəlxalq hüququ pozan, liberal demokratlar və onların dəyərləri tərəfindən düşmən elan edilən prezidentə arxalanaraq biznes modeli qurmuşdu. Bu modeli isə artıq iflasa uğrayıb və olmayacaq. Biz buna görə tezliklə yeni model qurmağa məcburuq”, – nazir bildirib.