Rusiyadan sərt xəbərdarlıq: Britaniya təyyarəsi anında VURULACAQ
Böyük Britaniya ölkənin kəşfiyyat təyyarəsinin Rusiyanın da hava məkanından keçəcək marşrutla uçuşu üçün müraciət edib.
Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyaya xəbərdarlıq edib.
Tacxeber.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Böyük Britaniyanın ölkənin kəşfiyyat təyyarəsinin Rusiyanın da hava məkanından keçəcək marşrutla uçuşu üçün müraciət etməsi olub.
MÖVZU İLƏ BAĞLI:
Rusiya tərəfi buna icazə verməyib, həmçinin Hava Kosmik Qüvvələrinə təyyarənin uçuşuna mane olmaq tapşırığı verilib.
“Böyük Britaniya RC-135 kəşfiyyat təyyarəsinin Rusiya ərazisindən keçərək uçuşu üçün müraciət edib. Bunu məqsədyönlü təxribat sayırıq”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib. Baş verə biləcəklərə görə bütün məsuliyyətin rəsmi Londonun üzərinə düşəcəyi qeyd edilib.