“Artıq Ermənistanın nə ordusu, nə də ləyaqəti var” – Erməni politoloq
“Onlar Serjdən imtina edəndə biz fikirləşdik ki, bu, yalnız Serj Sarkisyana aiddir, lakin məlum oldu ki, belə deyil”.
Tacxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
“Generalları rədd edəndə biz onların ordudakı qanunsuzluğu rədd etdiklərini düşünürdük, lakin sonradan onların ordu institutunu rədd etdiklərini anladıq.
Onlar ruhaniləri rədd edəndə biz onların bəzi kahinlərin əxlaqsız həyat tərzini rədd etdiklərini düşünürdük, lakin sonradan onların kilsəni və ümumiyyətlə xristianlığı rədd etdiklərini anladıq.
Onlar korrupsiya və talanları rədd edəndə biz onların ədalətli ölkə qurmaq istədiklərini düşündük, lakin sonra başa düşdük ki, onlar ancaq özlərinin iştirak edə bilməyəcəyi talanları rədd edirlər.
Onlar məhkəmələri mühasirəyə alanda düşündük ki, ədalətli mühakimə olunmaq istəyirlər, amma sonra başa düşdük ki, ədalət mühakiməsini həyata keçirən müstəqil qurum kimi məhkəmələrə qarşıdırlar.
Bütün bunları anlamağa başlayanda məlum oldu ki, artıq nə ordumuz, nə ləyaqətimiz, nə özünüqoruma instinktimiz var, nə də bizi heç bir şey bir-birimizə bağlamır”, deyə o, qeyd edib.