• 14 Oktyabr 2024 22:54

Bakıda mal əti neçəyə qalxıb? – Qiymət SİYAHISI

Azərbaycanda mal ətinin qiymətinin qalxması haqda xəbərlər yayılıb.

“Yeni Sabah” məsələni yerində araşdırmaq üçün paytaxtda bir neçə marketdə və bazarda qiymətlərlə maraqlanıb.

Nərimanov rayonu ərazisində supermarketlər şəbəkəsinin birində ət və ət məhsulları aşağıdakı qiymətədir:

Sümüksüz dana əti – 18.50 manat

Sümüklü dana əti – 14.50 manat

Mal qaraciyəri – 9 manat

Mal ürəyi – 6.50 manat

Dana langet – 16.90

Quzu (qol, bud) – 14.99 manat

Quzu fars – 13.50 manat

Qəssabxanalarda isə mal əti sümüklü 12 manat, sümüksüz 14 manat, quzu əti isə 15 manata təklif olunur.

Keşlə Bazarında isə qiymətlər fərqlidir. Satıcılar qiymət artımını əsasən əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə əlaqələndirirlər: “Vaxtilə 5 kilo  ət alardılarsa, indi 1 kilo ət alırlar. Hətta 2 manatlıq ət alanlar da var”  – bazarda ət satışı ilə məşğul olan İntiqam Ağayev deyir. O həmçinin ət satışı üçün olan yerlərin icarə haqlarının qalxdığını, digər xərclərin də paralel olaraq yüksəldiyini, lakin qazancın kəskin aşağı düşdüyünü bildirir.

Keşlə Bazarında ət məhsullarının qiyməti aşağıdakı kimidir:

Mal əti – 11.50 -12 manat

Quzu əti – 14 – 15 manat

Sümüksüz mal əti – 14 – 14.50 manat

İmamət İSMAYILOVA

Tacxeber.az

Oxşar xəbərlər