• 13 Noyabr 2024 18:25

İslamiada: Azərbaycan 25-ci qızıl medalı qazandı

İslamiada: Azərbaycan 25-ci qızıl medalı qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.

Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.

Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.

Tacxeber.az

Oxşar xəbərlər