• 13 Noyabr 2024 20:10

Krımdakı partlayışlar: Rusiya üçün vəziyyət pisləşir

Rusiya avqustun 16-da Krımın şimalında Cankoy yaxınlığında sursat anbarının partladılmasını etiraf edib. Partlayış zamanı yaxınlıqdakı dəmir yolu və elektrik yarımstansiyası da zədələnib.

Tacxeber.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dünən həm də Krımın mərkəzindəki Qvardeyski aviabazasının yaxınlığında tüstü qalxıb. Rusiyanın Krımdakı ən mühüm hərbi aerodromlarından ikisi Cankoy və Qvardeyskidə yerləşir. Cankoy həm də Rusiyanın Ukraynanın cənubundakı əməliyyatlarının təchizatında mühüm rol oynayan əsas avtomobil və dəmir yolu mərkəzidir. Bu insidentlərin səbəbi və dəymiş ziyanın miqyası hələ aydın deyil. Lakin Rusiya onlar üçün arxa baza rolunu oynayan Krımda təhlükəsizlik vəziyyətinin pisləşməsindən getdikcə daha çox narahat olacaq”.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın Qara dəniz donanması bir sıra itkilərdən sonra Krım sahillərində gizlənir:

“Gəmilər son dərəcə müdafiə mövqeyi tutmağa davam edir”.

Tacxeber.az

Oxşar xəbərlər