“Qarabağ” çox güclüdür, biz də Çexiya çempionuyuq” – “Viktoriya”nın baş məşqçisi
“Ferentsvaroş”la oynamaq istədiyimizi ona görə demişdim ki, “Qarabağ” daha güclü rəqibdir. Yaxşı olardı ki, “Ferentsvaroş”la qarşılaşaq. Bilirik ki, burada hava da isti olacaq, “Qarabağ”ın azarkeşləri də çoxdur. Bunların hamısına hazırlaşıb gəlmişik”.
Tacxeber.az Qol.az -a istinadən xəbər verir ki, bu sözləri Çexiyanln “Viktoriya” klubunun baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la sabah Bakıda keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Ağdam klubunu güclü rəqib adlandırıb: “Bilirik ki, stadion dolu olacaq. Çalışacağıq ki, oyuna konsentrasiya olaq. “Qarabağ” bura kimi gəldiyi yolda Polşa, İsveçrə və Macarıstan çempionunu sıradan çıxarıb. Biz də Çexiya çempionuyuq. Təbii ki, “Qarabağ” çox güclü rəqibdir. Əlimizdən gələni edəcəyik”.
Baş məşqçi “Sabah müdafiədən oynayacaqsınız” sualını belə cavablandırıb: “Oyunun gedişatını, mövqeləri demək istəməzdim. Sabaha qədər fikirləşəcəyik ki, hansı oyunçu hansı mövqedə oynayacaq. Oyun vaxtı görəcəksiniz hər şeyi.
Mixal Bilek Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyində olduqlarını qeyd edib: “Demək olar ki, biz bir addımlıqdayıq. Ona görə çalışacağıq ki, maksimumu edək. Çox uzun yol gəlmişik. Çalışacağıq ki, sabah qələbə qazanaq və evdə daha sığortalanmış olaq. Sabah bizi nəyin gözlədiyini bilmirik. Oyunda bilinəcək.
“Qarabağ”ın müdafiəsi güclüdür. Ona görə də biz tam bilmirik, əvvəlki sxemlə oynayacağıq ya, yox. Sabaha qədər hər şey daha dəqiq bilinəcək”.