• 15 Oktyabr 2024 23:11

Rus ekspertdən ermənilərə: “Bu, həyasızlığın zirvəsidir”

Rus ekspertdən ermənilərə: “Bu, həyasızlığın zirvəsidir”

“Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gətirilmiş ermənilər yenidən evləri dağıdır, meşələri yandırır, təbiətə bərpası mümkün olmayan ekoloji ziyan vururlar”.

Tacxeber.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert Ermənistan-Rusiya münasibətlərindəki problemlərə diqqət çəkib:

“Bu gün bir sıra erməni KİV-lərində Rusiya silahları tənqid olunur. Guya Ermənistan bu silahlar keyfiyyətsiz olduğuna görə İkinci Qarabağ müharibəsində uduzub.

Pis rəqqasəyə həmişə maneə olur. Ermənistan İkinci Qarabağ Müharibəsində ilk növbədə hakimiyyət və dövlət idarəçiliyi sisteminin keyfiyyətsizliyi, sıravi hərbçilərin və zabitlərin soyulması, Müdafiə Nazirliyi sistemindəki ən yüksək səviyyədə korrupsiya səbəbindən uduzdu. Bir çox başqa səbəblərdə var. Ancaq milli qəhrəmanlarının nasist cinayətkarları və nasistlərin agentləri (“Erməni Bandera” – Qaregin Njde və buna bənzər personajlar) olan ölkə müharibədə qalib gələ bilməz. Bu, tarixin məntiqinə zidd olardı.

Ermənistan hətta üçtərəfli bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri sivil qaydada yerinə yetirə bilmir. İndi Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gətirilmiş ermənilər yenidən evləri dağıdır, meşələri yandırır, təbiətə bərpası mümkün olmayan ekoloji ziyan vururlar”.

İqor Korotçenko ermənilərin Laçın ərazilərini minaladıqlarını da bildirib:

“Laçında yeni mina sahələri aşkar edilib, onların 2021-ci ildə Ermənistanda istehsal edildiyini göstərən faktlar var.

Rusiya silahlarının keyfiyyəti yüksəkdir. Sadəcə mübarizə aparmağı bacarmalı və qalib gəlmək üçün motivasiyalı olmalısınız. Əgər məğlub olmusunuzsa, səssizcə sürünərək uzaqlaşın. Problemlərinizə görə özünüzü günahlandırın, Rusiyanı yox”.

Ekspert İrəvandakı ticarət mərkəzində (“Surmalu”) baş vermiş partlayışa görə də Ermənistanın Rusiyanı ittiham etdiyini söyləyib:

“Yenə də Ermənistan öz problemlərinə görə Rusiyanı günahlandırmaqda davam edir. İrəvanda ticarət mərkəzlərindən birində partlayış baş verir, insanlar ölür və Rusiya günahkardır. Bu, sadəcə sinizmin (həyasızlığın) zirvəsidir”.

Tacxeber.az

Oxşar xəbərlər