• 09 Dekabr 2024 19:55

Türkmənistan Prezidentinə məktub göndərmək istəyən türkmənləri İstanbulda DÖYDÜLƏR – FOTO

Türkmənistan Prezidentinə məktub göndərmək istəyən türkmənləri İstanbulda DÖYDÜLƏR – FOTO

Türkmənistan Prezidentinə məktub göndərmək istəyən türkmənləri İstanbulda döydülər.

Tacxeber.az KONKRET.az -a istinadən xəbər verir ki, “Fərqanə” nəşri bu barədə Türkmən Helsinki İnsan Haqları Fonduna (THF) istinadən məlumat yayıb.

Türkmənistanın İstanbuldakı konsulluğunun əməkdaşları Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova məktub çatdırmaq istəyən bir neçə vətəndaş fəalı döyüblər.

Qəzetin yazdığına görə, bir qrup türkmən fəal bir vəkil və iki türk hüquq müdafiəçisinin müşayiəti ilə Türkmənistan Prezidentinə çatdırmaq üçün konsulluğa məktub  gətirib.

Onlar Berdiməhəmmədovdan COVID-19 pandemiyası zamanı ölkələr arasında hava hərəkətinin dayandırılması səbəbindən həmvətənlərinin Türkiyədə qalmağa məcbur olduqları “təcili və təxirəsalınmaz vəziyyətə” diqqət yetirməyi xahiş ediblər.

Hadisə şahidlərinin sözlərinə görə, konsulluq binasından 6 nəfər çıxıb. Vəkil onlardan nəzakətlə məktubu qəbul etməyi xahiş edib, qalan fəallar səssizcə dayanıblar.

Lakin konsulluq işçiləri onların qollarını burub, təhqir etməyə və döyməyə başlaıblar. Bəzi telefonlar müsadirə edilib. Qeyd olunur ki, konsulluq əməkdaşları iki qadın və üç kişini döyüblər.

“Onlardan biri yerə yıxıldı, hətta vəkilə də hücum etdilər”, – deyə şahidlər bildirib.

Tacxeber.az

Oxşar xəbərlər