Estoniya Rusiya vətəndaşlarının ölkəyə buraxılmasını və onlara viza verilməsini DAYANDIRDI
Avqustun 18-i Estoniyada Rusiya vətəndaşları üçün Şengen vizası ilə ölkəyə girişi məhdudlaşdıran hökumət sərəncamı qüvvəyə minib.
KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reynsalu bildirib.
“Biz Estoniyadan keçən və ya daxil olan Rusiya vətəndaşlarının sayında kütləvi artımın şahidi oluruq. Təcavüzkar ölkənin vətəndaşlarına iş, təhsil və sahibkarlıq məqsədilə vizaların verilməsi üçün əvvəllər mövcud olan istisnalar ləğv ediləcək”, – XİN rəhbəri deyib.
Digər tərəfdən hökumət, Estoniyada uzunmüddətli yaşamaq icazəsi olanlar, çalışan diplomatlar və onların ailə üzvləri, beynəlxalq yük və sərnişin daşımalarında iştirak edən işçilər, Avropa İttifaqı qanunlarına uyğun olaraq səyahət etmək, habelə humanitar səbəblərdən Estoniyaya daxil olan Rusiya vətəndaşları üçün yaşayış icazəsini bir il müddətinə uzadılmasına qərar verib.
İqbal Rzayev