Kəmaləddin Heydərovun “Porno ulduz”-u polkovnik rütbəsini necə almışdı?
Kəmaləddin Heydərovun “Porno ulduz”-u polkovnik rütbəsini necə almışdı? – “Ən yaxşı halda mayor ola bilərdi”
İntim videoları ilə ölkənin gündəmini dəyişmiş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi Zaur Mirzəyevin polkovnik rütbəsinə necə yüksəlməsi ilə bağlı maraqlı məlumat yayılıb.
Bakupost.az xəbər verir ki, jurnalist Məhəmmədəli Qəribli Z.Mirzəyevin 10 il ərzində polkovnik rütbəsini qazandığını yazıb.
“Son günlərin porno ulduzuna çevrilən FHN-nin polkovniki Zaur Mirzəyevin maraqlı və sürətli karyera yüksəlişi olub. O, Yanğından Mühafizə İdarəsinin rəisi general Füzuli Əsədovla qohum olandan sonra , 10 il ərzində polkovnik rütbəsinə yüksəlib. Normalda rütbələrin 3-4 ildən bir verildiyini nəzərə alsaq, onda Zaur Həsənov ən yaxşı halda mayor ola bilərdi.
Əldə etdiyim dəqiq məlumata görə, Zaur Həsənova polkovnik-leytenant və polkovnik rütbələri şəxsən Füzuli Əsədovun təqdimatı əsasında vaxtından əvvəl, yəni “dosroçnı” verilib. İndi hörmətli Kəmaləddin müəllim Füzuli Əsədovu çağırıb soruşsun ki, belə yüksək səviyyədə “xidmət” təşkil edən kadrla bağlı general rütbəsinə niyə vaxtından əvvəl təqdimat verməyib?”
Qeyd edək ki, sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntüləri yayılıb.
Videoda yer alan və qadınları çəkmək üçün otağına əvvəlcədən kamera yerləşdirdiyi iddia edilən polkovnik Zaur Mirzəyev görüntülər ictimailəşməmişdən bir neçə gün əvvəl, daha dəqiq isə avqustun 8-i öz istəyi ilə işdən azad olunub.
O, istefa verənə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi olub.