• 08 Sentyabr 2024 04:28

Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu BİLDİRDİ

 

Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu BİLDİRDİ

Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib.

 

Tacxeber.az  CNN Türk-ə istinadən xəbər verir ki, Kiyevdən gələn bu təklif Moskva tərəfindən həmişə “Liderlərin həll edəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib.

 

Lakin Lvovda keçiriləcək üçtərəfli sammit (Türkiyə-Ukrayna-BMT – red.) öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə edilir. Rusiya mənbələrindən verilən xəbərə görə, Vladimir Putin 5 avqust Soçi sammitində Ukrayna lideri Volodimir Zelenski ilə görüşə biləcəyinə eyham vurub.

Rusiyanın Ukrayna ilə danışıqlarda ilk münasibəti: “İlk növbədə nümayəndə heyətləri yol xəritəsini müəyyən etsinlər. Liderlər daha sonra sammit keçirsinlər”, – formasında idi.

 

İndi isə müharibəni dayandırmaq üçün Rusiya tərəfinin təklifi: “Əvvəl liderlər müzakirə edib yol xəritəsini müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”, – formasını alıb.

 

Tacxeber.az

Oxşar xəbərlər