Şabranda iki kəndin əhalisi köçürüldü – Hazırda əkin sahələri yanır
Şabran rayonunda bir neçə gündür davam edən yanğınla bağlı artıq bir neçə kəndin əhalisinin təxliyə olunduğu bildirilir.
Onların sözlərinə görə, Xəlfələr, Dağ Bilici və daha bir kəndin əhalisi təhlükəsiz yerə köçürülüb: “Hazırda əkinlər də yanır. Fövqəladə Hallar Nazirliyi və kənd əhalisi birləşərək yanğınları söndürməyə çalışır”.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə deyilib ki, havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olur: “Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər, 80-ə yaxın texnika, iki helikopter və bir “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub”.
Bildirilib ki, təkcə avqustun 17-də respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür.