• 27 İyul 2024 03:32

Zaqatalada keçmiş məhkum ölümcül döyüldü – FOTO

Azərbaycanda kriminal aləmlə əlaqələri olan keçmiş məhkum ölümcül döyülüb.

 Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Zaqatalada qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakini İsgəndər Musayev naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Döydükdən sonra İ. Musayevi avtomobillə gətirərək şəhərin mərkəzi küçələrindən birinə atıblar.

Zərərçəkmiş ağır vəziyyətdə əvvəlcə rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə aparılıb.

 

İlkin məlumata görə, İ. Musayev əvvəllər məhkumluq həyatı yaşayıb. Onun kriminal aləmlə yaxın əlaqələri olub.

İddialara görə, o, sərxoş vəziyyətdə Süleyman adlı şəxslə mübahisə edib və ona xəsarət yetirib. Daha sonra başqa bir şəxs və yaxud şəxslər İ. Musayevlə “razborka”ya gələrək, onu döyüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, baş verən hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır və ekspertiza təyin olunub.

Onun sözlərinə görə, İ. Musayevi döyənin şəxsiyyəti müəyyən olunub  və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Tacxeber.az

Oxşar xəbərlər