• 08 Oktyabr 2024 13:56

Fələstin prezidentinin İsraillə bağlı açıqlaması başına dərd oldu

Almaniyada Berlin polisi Fələstin Dövlət Başçısı Mahmud Abbasın “İsrail 1947-ci ildən bu yana Fələstinlilərin 50 kəndində 50 qırğın və 50 Holokost törədib” sözlərinə görə ilkin araşdırma başlatdığı bildirilib.

Tacxeber.az xəbər verir ki, bu barədə  “Bild” nəşri məlumat yayıb.

 

Bildirilir ki, Berlin polisinin cinayət şikayəti əsasında Abbasa qarşı Cinayət Məcəlləsinin 130-cu maddəsi ilə ictimaiyyəti təhrik etmək ittihamı ilə ilkin istintaqa başladığını açıqlayıb.

 

Digər tərəfdən Almaniya Xarici İşlər Nazirliyi, Abbasın Almaniya hökumətinin rəsmi səfəri çərçivəsində ölkədə olduğu üçün onun toxunulmazlığının olduğu güman edildiyini bildirib.

 

Almaniyada nasional-sosializm dövründə törədilən cinayətləri aşağı qiymətləndirmək cinayət sayılır. Lakin polisin ilkin araşdırmaya başlaması avtomatik olaraq istintaqın açılacağı anlamına gəlmir.

 

Alman cinayət hüququ eksperti Machael Kubiciel Abbasın Almaniyanın dəvəti ilə Berlində olub-olmamasının bu məsələdə həlledici olmadığını, çoxlu sayda insanın dövlət qurumlarının dəvəti ilə ölkəyə gəldiyini və toxunulmazlığının olmadığını bildirib. Bu şəxsin “başqa bir ölkənin nümayəndəsi olub-olmamasının önəmli olduğunu” ifadə edən Kubiciel, burada Fələstinin dövlət olub-olmamasının önəmli olduğunu qeyd etdi.

 

Qeyd edək ki, Almaniya Fələstini dövlət kimi tanımır.

Tacxeber.az

Oxşar xəbərlər