• 03 İyun 2025 11:58

Ordumuz helikopterlərlə “düşmən”i məhv etdi – Video

 Ordumuz helikopterlərlə “düşmən”i məhv etdi – Video
Paylaş

Ordumuz helikopterlərlə “düşmən”i məhv etdi – Video

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Tacxeber.az

Oxşar xəbərlər