• 18 May 2024 21:23

Putin Qərbdəki yeganə dostunu da İTİRDİ: “İki dəfə zəng vurdum, CAVAB VERMƏDİ”

Rusiya ölkəyə tədarükü dayandırmaq qərarına gəlməzdən əvvəl İtaliya Rusiya qazından imtina etməlidir.

Bunu keçmiş baş nazir, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni “Foglio” qəzetinə müsahibəsində bildirib.

“Əlbəttə, belə bir qərar verilməlidir. Bir şərtlə ki, bu müddət ərzində alternativ tədarük üçün şərait yaradılsın, bərpa olunan enerji mənbələrinə investisiyalar olsun. Heç olmasa, təmiz nüvə enerjisi sahəsində tədqiqatlar bərpa edilsin”, – deyə Berluskoni bununla bağlı suala cavab verib.

Keçmiş baş nazir bildirib ki, İtaliyanın həmçinin, mayeləşdirilmiş təbii qaz terminallarına və tullantıdan enerjiyə çevrilən zavodlara ehtiyacı var.

“O zaman biz açıq-aşkar problemlər yaradan asılılığı aradan qaldıra bilərik”, – deyə keçmiş baş nazir bildirib.

Qeyd edək ki, Berluskoni “Foglio” qəzetinə müsahibəni parlament seçkiləri ərəfəsində verib. Sentyabrın 25-də keçiriləcək seçkilərdə onun “İrəli, İtaliya” partiyası da iştirak edəcək.

Putin və Berluskoni bir-birini dost adlandırıblar. 2019-cu ildə İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Rusiya Prezidenti onunla “uzunmüddətli dostluq münasibətləri”nin olduğunu deyib və Berluskonini “dünya miqyaslı siyasətçi” adlandırıb. İtaliyanın keçmiş baş naziri 2021-ci ilin payızında Putini müasir beynəlxalq siyasi arenada yeganə görkəmli lider adlandırıb.

Lakin Rusiya Ukraynada xüsusi əməliyyata başladıqdan sonra Berluskoni həmişə “demokratiya və sülh adamı” hesab etdiyi Rusiya Prezidentinin davranışından məyus olduğunu bildirib.

Sabiq baş nazir hesab edir ki, hakimiyyətdə olsaydı, hadisələrin bu cür inkişafının qarşısını ala bilərdi. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Berluskoni, onun sözlərinə görə, Putinə iki dəfə zəng etsə də, dostundan cavab ala bilməyib. /Publika.az

Tacxeber.az

Oxşar xəbərlər