• 27 İyul 2024 06:33

Ukraynadan Türkiyəyə 630 min tona yaxın TAXIL DAŞINIB

Ukraynadan Türkiyəyə 630 min tona yaxın TAXIL DAŞINIB
Taxıl müqaviləsi bağlanan tarixdən (1 avqust) Ukraynadan 622 min tondan çox taxıl daşınması həyata keçirilib.

Tacxeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

Qeyd edilir ki, avqustun 1-dən indiyədək taxıl ixracına 43 gəmi cəlb olunub, onlardan 25-i Ukrayna limanlarını tərk edib, 18-i isə taxıl daşınması üçün Ukrayna limanlarına yola düşüb.
Daşınma Ukraynanın üç limanı – Odessa, Çornomorsk və Yujnıdan humanitar dəhlizlə həyata keçirilir. Gəmilərin hərəkətinə İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri nəzarət edir.

Tacxeber.az

Oxşar xəbərlər