• 14 Oktyabr 2024 22:24

Ukraynalı ekspert: “Biz tədricən Krımın cənub sahillərinə yaxınlaşırıq”

“Krımda rusların hərbi texnikasının toplandığı yerlərdə partlayışların sayının artması yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə raket zərbəsi endirə biləcəyinə dəlalət edir”.

Bu fikri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Jdanovun sözlərinə görə, Cankoyda və Sevastopol yaxınlığında baş verən son partlayışlarla yanaşı, avqustun 18-də Krımın şimal-qərb sahilində yanğın baş verib. İşğalçıların yerli “idarəsi” otluğun alovlandığını bildirsə də, ekspert ruslara inanmır.

“Rusiya iddia edir ki, otluq yanır, lakin ot partlaya bilməz. Görəsən, bu hansı otdur ki, partlayır?” – Jdanov istehza ilə deyib.

O əlavə edib ki, Krımda yalnız düşmənin hərbi obyektləri partladılır ki, bu da Ukrayna Silahlı Qüvvələrinin dəqiqliyinə dəlalət edir.

Ekspertin fikrincə, yarımadanın Rusiyadan azad edilməsini sürətləndirmək üçün iki əsas obyekti məhv etmək lazımdır: Krım körpüsü və Sevastopoldakı “Kalibr” raket anbarı bazasını.

“Belə başa düşürəm ki, biz tədricən Krımın cənub sahillərinə yaxınlaşırıq. Yəni Krım körpüsünə çox az qalıb. Əsas odur ki, biz ora çata bilək. Podolyak deyib ki, Krım körpüsü bizim yaxın hədəfimiz olacaq. Ona görə də Krımla bağlı məsələ tamamilə həll olunub və hamı üçün başadüşüləndir”, – deyə Jdanov bildirib.

Xatırladaq ki, ötən gün Sevastopol yaxınlığındakı “Belbek” aerodromunda silsilə partlayış səsləri eşidilib. Bildirilib ki, hadisə zamanı orada 40-a yaxın Rusiya qırıcı təyyarəsi olub.//oxu.az

Tacxeber.az

Oxşar xəbərlər