• 27 İyul 2024 06:45

Dələduzlar saxta polis bölməsi açdı

Hindistanda baş vermiş hadisə dünya mətbuatının diqqətindədir.

“The Guardian”ın məlumatına görə, Bihar ştatında saxta polis bölməsi açan bir neçə dələduz 6 ay ərzində əhaliyə cərimə yazaraq kifayət qədər pul toplayıb. Onlar həmçinin yerli əhalini polisdə işə düzəltmək, problemləri həll etmək və digər adlarla aldadaraq pullarını alıblar.

Ən maraqlısı isə budur ki, “bölmə” Bihar ştatının polis rəisinin evinin bir neçə addımlığında yerləşirdi.

İşin üstü dələduzlardan biri polis formasında şəhərdə gəzərkən açılıb. Həqiqi polis zabitlərindən biri patrula çıxarkən formada gəzən şəxsin qeyri-adekvat davranışından şübhələnərək onun izinə düşüb və işin üstü açılıb.

Polis 6 nəfəri həbs etsə də, “bölmə rəisi” hələ də azadlıqdadır.

Tacxeber.az

Oxşar xəbərlər