• 08 Oktyabr 2024 12:47

İmam Hüseynin şəhadət günü niyə düzgün qeyd edilmir?

Ərəbistanda islam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi.

Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Xəlifə Ömər ibn Xəttabın zamanınadək müsəlmanlar arasında il anlayışı olmasa da, ilin aylarından istifadə olunar, lakin illər mühüm hadisələrlə yadda saxlanılardı. Sonralar bu, məktublaşmaların tarixlənməsində ciddi çətinlik yaratdı. Rum və yunan təqvimləri təklif olunsa da, qəbul edilmədi. Nəhayət, imam Əli (ə) Peyğəmbərin Məkkədən Mədinəyə hicrətini ilin başlanğıcı olaraq təklif etdi və bu təklif qəbul olundu.

Amma Peyğəmbər rəbiul-əvvəl ayında hicrət etmişdi. Bu səbəbdən də təqvim 2 il 8 gün geri çəkildi. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən – 16 iyul 622-ci il tarixdən nömrələnir. Qısa desək, Hicri-qəməri il hər biri 29 və ya 30 gün olan 12 aydan ibarətdir.

Hicri-qəməri təqvimə daxil olan məhərrəm ayının 10-cu günündə, 10 oktyabr 680-ci ildə Mərəya düzündə (Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır: “kərb” (hüzn) və “bəla” sözlərindən ibarətdir) Yezidin əmri ilə Peyğəmbər (s) nəvəsi İmam Hüseyn (ə) və tərəfdarları qətl edilib. Tarixdə də məhz bu gün İmam Hüseynnin şəhadət günü kimi qeyd edilib: oktyabrın 10-nu 680-ci il.

Bəs, niyə illərdir İmam Hüseyn (ə) qətl edilib şəhadətə yüksəldiyi bir gün məhərrəm ayının geri-irəli çəkilməsindən asılı qalıb?

İmam Hüseynin qətl gününü, şəhadət gününün yerini dəyişməklə tarixi faktı dəyişmək olmur ki?

Aşura günü böyük gündür islam tarixində və İmam Hüseyn (ə) məhz Aşura günü, hicri 61-ci il, məhərrəm ayının 10-da (10 oktyabr 680-cı ildə), cümə günü günortadan sonra şəhid edildi. Tarixi qaynaqlarda və sənədlərdə məhz bu tarixdə şəhid olduğu qeyd edilən İmam Hüseyn (ə) şəhadətinin baş verdiyi tarixi, hicri-təqvimi ilə günləri geri çəkməklə niyə unutdurmağa çalışırlar? Niyə əqidə insanı, islamın sütunu İmam Hüseynin (ə) qətl edildiyi gün matəm günü keçirilmir, ancaq məhərrəm ayında keçirilir? Bu ay da geri-irəli çəkilir və qətl günü ilin istənilən gününə düşə bilər. Niyə tarixi günü, tarixi faktı bir aydan asılı vəziyyətə salıblar? Məgər İmam Hüseynin (ə) ölüm günü onu anmaq, yas saxlamaq, əzadarlıq etmək düz deyil?

Hörmətli islam alimlərinə müraciət edirəm. Bu, nə dərəcədə düzgündür? Hər il məhərrəm ayının 10-cu gününü Aşura günü kimi qeyd edib, İmam Hüseynin (ə) şəhadət gününün yerini niyə dəyişirsiz? Hər il 10 oktyabrda hüzn və matəm gününün keçirilməsi daha düzgün olmazmı?

Tarix faktlar və dəqiq günlər üzərində qurulub. Nə qədər irəli-geri çəksəniz də, tarixdə baş verən hadisənin günü olduğu kimi qalır.

Tacxeber.az

Oxşar xəbərlər