• 23 Noyabr 2024 01:54

Kəmaləddin Heydərov müavinini Siyəzənə göndərdi

Siyəzən rayonunun Dağ Quşçu kəndindəki meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.

Tacxeber.azReport-a istinadən xəbər verir ki, yanğın kəndin mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib.

FHN-in yanğısöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib. O, müvafiq göstəriş və tapşırıqlarını verir.

Bildirilib ki, kəndin təxminən 40 hektara yaxın ərazisində yanğın baş verib və hazırda tədbirlər aparılır.

Qeyd edək ki, Siyəzən rayonunun Dağ Quşçu kəndinin meşəlik ərazidəki yanğın avqustun 19-u axşam saatlarından başlayıb.

Tacxeber.az

 

Oxşar xəbərlər