• 27 İyul 2024 03:53

Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynada münaqişənin uzanmasının qlobal hərbi eskalasiyaya gətirib çıxaracağını söyləyib.

Tacxeber.az musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

 

O, Ukraynadakı münaqişənin danışıqlarla bitməli olduğunu vurğulayıb.

 

“Hesab edirəm ki, Ukraynaya NATO-ya üzvlük təklifi səhv idi… Ona görə də danışıqlar aparılmalıdır və müharibənin qeyri-müəyyən müddətə uzanmasına imkan verilməməlidir. Çünki o zaman bu, I dünya müharibəsinə bənzəyəcək və bu, dərin eskalasiyaya gətirib çıxaracaq”, – deyə Kissincer bildirib.

 

ABŞ-ın keçmiş dövlət katibi NATO-ya üzv ölkələrin tezliklə danışıqların mümkün nəticəsi barədə öz aralarında razılığa gələcəyinə ümid etdiyini də bildirib.

 

“Mənim təklifim müharibə başlamazdan əvvəl mövcud olan xəttə geri dönülməsidir. Bu isə o deməkdir ki, Rusiya bu müharibədə əvvəllər ələ keçirdiyi Ukrayna ərazisinin 15-20%-dən imtina etməli olacaq. Bundan sonra NATO Rusiya ilə uzunmüddətli münasibətlərinin necə olacağını düşünməlidir”, – Kissincer hesab edir.

Tacxeber.az

Oxşar xəbərlər