• 27 İyul 2024 12:50

“Qalatasaray” “Qarabağ”ın futbolçusu ilə maraqlanır

Qarabağ”ın futbolçuları Toral Bayramovla Qara Qarayev Türkiyə klublarının maraq dairəsinə düşüb.

Bu barədə məlumatı Doğan Xəbər Agentliyinə (DHA) yayıb.

Bildirilib ki, sol cinah müdafiəçisi Bayramov və dayaq yarımmüdafiəçisi Qarayevin Çempionlar Liqasının təsnifat mərhələlərindəki performansı Super Liqa təmsilçilərinin diqqətini çəkib.

Toralın “Qalatasaray”ın transfer gündəmində olduğu bildirilib. Hətta İstanbul nəhənginin skaut heyətinin gənc müdafiəçinin meneceri ilə təmasa keçdiyi də iddia edilib. Eyni zamanda “Kayserispor” və TFF I Liqa təmsilçisi “Eyüpspor” da 21 yaşlı oyunçunun keçidində maraqlıdır.

Tacxeber.az

Oxşar xəbərlər