• 25 İyun 2024 03:52

Ukrayna Rusiyanın daha 4 “Kalibr” raketini məhv etdi

Ukrayna Rusiyanın daha 4 “Kalibr” raketini məhv etdi

Avqustun 20-də Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Dnepropetrovsk vilayətində rusların Qara dənizdən atdığı 4 “Kalibr” qanadlı raketini məhv edib.

Tacxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

“Bundan başqa, səhər saatlarında düşmənin daha bir PUA-sı məhv edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ukrayna ordusu daha əvvəl də Rusiyaya məxsus ümumi dəyəri 26 milyon dollar olan 4 “Kalibr” qanadlı raketini vurmuşdu.

Tacxeber.az

Oxşar xəbərlər