• 09 Dekabr 2024 20:27

Valif Talıbova şikayət teleqramı vurdu, 1 saat sonra polisə çağrıldı.

Şərur rayon sakini Kazım Qurbanov Naxçıvan Ali Məclis sədri Vasif Talıbova şikayət teleqramı göndərdikdən dərhal sonra polisə çağrılıb. O, əmlakının qanunsuz sökülməsindən şikayət edib. Bu haqda “Gündəlik Naxçıvan”a Kazım Qurbanovun özü məlumat verib. Düdəngə kəndindən olan Kazım Qurbanov əmlakının sökülməsi ilə bağlı bir müddət öncə” Gündəlik Naxçıvan”a da müraciət etmişdi. O bildirirdi ki, 30 əvvəl tikilmiş, qanuni sənədləşdirilmiş evinin divarı və hasarının bir hissəsi məhkəmə qərarı olmadan sökülüb.

Şikayətçinin sözlərinə görə, Şərur rayon Polis Şöbəsində onu rəis və prokurorluq işçiləri bir saata yaxın dindiriblər:

” Üzləşdiyim qanunsuzluğun aradan qaldırılması xahişi ilə avqustun 15-də Vasif Talıbova teleqram vurdum. Üstündən bir saat keçməmiş, sahə müvəkkili zəng vurdu ki, izahat üçün polisə gəlməliyəm. Rəsmi çağırış tələb etsəm də, məhəl qoymadı. Dedi ki, ya şöbəyə gəlməliyəm, ya da mənim üçün çox pis olacaq. Məcbur qalıb polis şöbəsinə getdim. Ali Məclisə niyə teleqram vurduğumu soruşdular. Mənə dedilər ki, problemi içtimailəşdirməyim, mətbuata açıqlama verməyim nə mənim üçün, nə də Naxçıvan üçün yaxşıdı. Mən isə haqqımı tələb etdiyimi bildirdim, aramızda mübahisə yarandı. Sonda dedilər ki get, gəlib maraqlanacağıq. Mənimlə təhdidlə danışırdılar”.

Kazım Qurbanov deyir ki, haqqını Naxçıvanda bərpa edə bilməsə, Bakıda Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək.

Tacxeber.az

Oxşar xəbərlər