• 14 Oktyabr 2024 22:58

33 yaşlı general Hikmət Mirzəyev…

“44 günlük müharibə”də ulduzu parlayan, Azərbaycan xalqın ürəyində heykəli qoyulan görkəmli bir zabit var: Hikmət Mizəyev. Hərçənd o və onun kimi qəhrəmanlar daim qəhrəman idilər. Sadəcə, müharibə məlumun elanı oldu. Təsadüfi deyil ki, müharibənin gedişatında Prezident tərəfindən ona general-leytenant rütbəsi verildi. Ali Baş Komandanın ən çox etibar etdiyi zabitlərdən biri və bəlkə də birincisi Hikmət Mirzəyev idi..

Hamıya məlum olduğu kimi, Azərbaycan ordusu yaradıldıqda onun əsasında sovet ordu məktəbinin keçmiş zabitləri dayanırdı. Hikmət Mirzəyev də bu gənc zabitlərdən biri idi. Bir çoxları bu il şimal qonşumuzla bağlanılan müttəfiqliq sazişini önə çəkir, ancaq Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlanmışdı. Türkiyənin Azərbaycanla həm ikitərəfli, həm də NATO çərçivəsində əməkdaşlığı Azərbaycan ordusunun modernləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Hikmət Mirzəyev isə Sovet hərb məktəbinin son məzunlarından olsa da Türkiyədə də təhsil almışdı, bu mənada da hər iki sistemin incəliklərinə bələd olan nadir zabitlərdən biri idi.

Ancaq onun haqqında məlumatlar son dərəcə az və təfərrüatsızdır. Bu məlumatları bir yerə toplayıb tutuşdurduqda aşağıdakı nəticələri çıxara bilirik:

Hikmət Mirzəyevin 1992-ci ildə kapitan I Qarabağ müharibəsində kapitan rütbəsində kəşfiyyat bölüyünün komandiri kimi iştirak etdiyini Müdafiə nazirinin o zamankı müavini söyləmişdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının hərbi qulluqçularının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında” fərmanı 1994-cü ilin yanvarında imzalanmışdır. Həmin fərmanda Mirzəyev Hikmət İzzət oğlunun rütbəsi “kapitan” kimi göstərilir.

Bu orden “Şah İsmayıl Xətai” ordenindən sonra ən ali orden sayılırdı. Ancaq Xətai ordeni heç kəsə verilmədiyindən “Azərbaycan Bayrağı” ordeni de-fakto ən ali orden sayılırdı. Hikmət Mirzəyev bu ordenə kapitan rütbəsində layiq görülmüşdü.

Maraq üçün deyək ki, eyni fərmanla bu ordenlə o zaman polkovnik-leytenant olan hazırda isə general-polkovnik rütbəsiylə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik edən Kərim Vəliyev də təltif edilmişdi.

 

Fərman 1994-ci ildə imzalansa “Azərbaycan bayrağı” ordeni 1998-ci ildə şəxsən Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Hikmət Mirzəyevə təqdim edilmişdi. Rəsmi təqdimetmə mərasimində Hikmət Mirzəyev polkovnik-leytenant rütbəsi daşıyırdı. Burdan başa düşürük ki, dörd il ərzində (1994-1998) Hikmət Mirzəyev iki dəfə yeni rütbə almışdır. Belə ki, 1994-cü ildə kapitan olan Mirzəyev polkovnik-leytenant olması üçün əvvəlcə mayor, sonra isə polkovnik-leytenant olmalı idi. (Kiçik bir ehtimalla, kapitan rütbəsindən birbaşa polkovnik-leytenant rütbəsinə keçirilmişdir)

 

Azərbaycan Ordusunda ali zabit heyəti rütbələrin Azərbaycan Prezidenti fərmanı ilə verildiyi üçün Hikmət Mirzəyevin general-mayor rütbəsinin nə zaman verildiyini bilirik. 19 yanvar 2002-ci ildə fərmana görə Hikmət Mirzəyev general-mayor hərbi rütbəsi verilmişdir. 2019-cu ilin oktyabrının 17-sinə qədər, yəni 18 il ərzində Hikmət Mirzəyev general-mayor hərbi rütbəsini daşımışdır. 2019-cu ildə, “44 günlük müharibə”nin 20-ci günü Ali Baş Komandan Hikmət Mirzəyevə general-leytenant rütbəsi vermişdir.

 

Qeyd etdiyimiz kimi, XTQ komandanı haqqında məlumatlar məhdud xarakterlidir. Generalın ancaq doğum günü məlumdur: 29 fevral. Doğum ili haqqında isə müxtəlif rəqəmlər səsləndirilir. Ancaq apardığımız araşdırmalar generalın 1968-ci ildə anadan olduğunu göstərir. (1968-ci ilin fevral ayı 29 gündür). Bu hesabla onun 1992-ci ci ildə kapitan olması da tamamilə məqsədəuyğundur. 1989-cu ildə hərbi ali təhsil müəssisəsindən məzun olan Mirzəyev 1992-ci ildə kapitan ola bilərdi.

 

Bütün bunlardan bir şey aydın olur: 2002-ci ilin yanvar ayında Hikmət Mizəyev general rütbəsi alanda onun heç 34 yaşı tamam olmamışdı. Bu da Hikmət Mirzəyevin qüsursuz xidmətindən, əlahiddə bacarığından, unikal istedadından xəbər verirdi. Ötüb-keçən illər ərzində, həm Aprel döyüşlərində, həm də “Qırx dörd günlük müharibə”də nəinki hər bir Azərbaycan eləcə də Ermənistan vətəndaşı da buna tam əmin oldu.

 

Söz yox ki, indi olduğu kimi gələcəkdə də Hikmət Mirzəyevin şücaəti, sərkərdəlik qabiliyyəti, idarəetmə bacarığı ilə bağlı kitablar yazılacaq, tədqiqatlar aparılacaq. Bu yazı da onun təvəllüdü ilə bağlı bir gəzişmələr idi…

 

1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki hazırda da ermənilərin əlində olan və o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə mənim komandanlığımla aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdü…

Tacxeber.az

 

 

Oxşar xəbərlər