• 27 İyul 2024 08:29

Polşa Rusiyanı NATO ilə hədələdi – 5-ci MADDƏ İŞƏ DÜŞƏCƏK?

Polşa Rusiyanı NATO ilə hədələdi – 5-ci MADDƏ İŞƏ DÜŞƏCƏK?

“Polşa ordusu Rusiyanın Kalininqrad vilayətində hipersonik raketləri yerləşdirməsinə NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin aktivləşdirilməsi ilə cavab verməyə hazırdır”.

Tacxeber.az TASS-a istinadən  xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib:

“NATO-nun şərq cinahında yerləşən bir ölkə olaraq biz təhlükəni tam dərk edirik və addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”.

O əlavə edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək ki, burada “hamı üçün, hamı bir nəfər üçün” düsturu yer alır.

Tacxeber.az

Oxşar xəbərlər